BAKI, 18 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) liderləri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamalıdırlar.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021) bildirib.
“Biz Prezident Putinlə (Ukrayna üzrə) danışıqlar apara bilirdik, çünki siyasi hakimiyyətə malik idik, çünki hökumət başçıları idik. Sizin də hakimiyyətiniz olmalıdır. Şəxsən heç vaxt mənim ağlıma vasitəçidən mənim əvəzimə Minskə gedib Putinlə danışmasını xahiş etmək gəlməzdi. Bu gün fəaliyyət göstərən siyasətçilər var, mənim ağlıma belə bir fikir gəlməzdi”, - o, Almaniyanın WDR radiosuna müsahibəsində bildirib.