BAKI, 12 may. TELEQRAF
Böyük Britaniyanın mənzil, icmalar və yerli özünüidarəetmə nazirinin müavini Miatte Fanbulle Baş nazir Kir Starmerin siyasəti ilə razılaşmayaraq istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə o, X-də məlumat verib.
“Bu səhər istefa ərizəmi Baş nazirə göndərdim. Baş naziri ölkə və Leyborist Partiyası üçün düzgün olanı etməyə və nizamlı keçid üçün vaxt çərçivəsi müəyyən etməyə çağırıram”, - nazir müavini qeyd edib.
Miatte Fanbulle Kir Starmerin baş nazirliyi dönəmində ona görə istefa verən ilk hökumət üzvü olub.