BAKI, 9 may. TELEQRAF
Rumıniya-Ukrayna sərhədi yaxınlığında ilk dəfə olaraq ABŞ-nin “Bombardier Challenger 650 Artemis II” kəşfiyyat və hədəf aşkarlama təyyarəsinin uçuşu qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Təyyarə Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxıb, Qara dənizin neytral suları üzərində dövrə vurub, sonra Rumıniya-Ukrayna sərhədinə doğru yola düşüb”, - mənbə bildirib.
Qeyd edilib ki, təyyarə artıq aerodroma qayıdıb.