BAKI, 9 may. TELEQRAF

Rusiya Hərbi Hava Qüvvələri üçgünlük atəşkəsin elan edilməsindən sonra Ukraynanın Zaporojye vilayətinin Poloqivski rayonuna dron zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dronlardan birinin avtomobilə dəyməsi nəticəsində bir nəfərin öldüyü, ikisinin yaralandığı bildirilib.

Çerniqov vilayətinin Novqorod-Siverski rayonunda isə Rusiyanın kənd təsərrüfatı müəssisəsinə dron hücumu nəticəsində 70 yaşlı bir kişi və 49 yaşlı oğlu həlak olub.