BAKI, 21 aprel. TELEQRAF
Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzi Rusiyanın Samara vilayətində yerləşən “Samara” neft stansiyasına PUA-larla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Bu stansiyada müxtəlif yataqlardan çıxarılan yüksək və aşağı kükürdlü neft “Urals” ixrac markasını yaratmaq üçün qarışdırılır. Obyekt Rusiya Federasiyasının neft nəqli infrastrukturunun vacib komponentidir”, - məlumatda bildirilib.
Məlumata görə, “Alfa” hər biri 20 min kubmetr tutuma malik xam neftlə dolu 5 çəni PUA-larla zədələyib.