BAKI, 13 aprel. TELEQRAF

“Böyük Britaniya ABŞ-nin İrana qarşı hərbi dəniz blokadası missiyasına qoşulmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Hörmüz boğazındakı durumu şərh edərkən Böyük Britaniya Baş naziri Kir Starmer deyib.

“Blokadanı dəstəkləmirik. Fikrimcə, boğazın açıq qalması həyati əhəmiyyət daşıyır. Boğaz hər dəfə bağlandıqda və ya sərbəst naviqasiya olmadıqda qaz-neft bazarlara çatmır, qiymətlər artır. Bu, birbaşa Böyük Britaniya istehlakçılarına təsir edir. Biz müharibəyə daxil olmayacağıq. Böyük Britaniya münaqişəyə qoşulmayacaq. Bu, bizim milli maraqlarımıza uyğun deyil, çünki mən yalnız açıq hüquqi əsas və yaxşı düşünülmüş plan olduqda hərəkət edərəm”, - Starmer vurğulayıb.

Böyük Britaniya Baş naziri ABŞ-yə fevralın 28-dən aprelin 7-dək davam edən İrana qarşı hərbi əməliyyatlarda dəstək verməkdən də imtina etmişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Truap Hərbi Dəniz Qüvvələrinin və digər ölkələrin Hörmüz boğazında blokadaya başladığını açıqlamışdı.