BAKI, 31 mart. TELEQRAF
“İranla müharibənin nə sonu, nə də aydın məqsədləri var”.
Teleqraf xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Alvares deyib.
“Sözün hər iki mənasında bunun nə sonu, nə də aydın məqsədləri var. İspaniya buna görə də ilk gündən gərginliyin azaldılmasına, danışıqlar masasına qayıtmağa və dialoqa çağırır. Ümid edək, Pakistanın Səudiyyə Ərəbistanı, Türkiyə və Misirlə birlikdə vasitəçiliyi nəticə versin. Amma bölgədə hərbi qüvvələrin artdığını da görürük, bu isə yaxşı əlamət deyil”, - Alvares vurğulayıb.