BAKI, 9 mart. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin Qulyaypoleni mühasirəyə almağa və Ukrayna qoşunlarını şəhərdən çıxarmağa çalışırlar.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin məlumat verib.

O bildirib ki, Qulyaypole istiqamətində döyüşlər əsasən şəhərin ətrafı və özündə gedir. Ukrayna Müdafiə Qüvvələri şəhərin bir hissəsinə nəzarət edir.

“Düşmən şəhəri cənubdan mühasirəyə almağa və Zalizniçne istiqamətində irəliləməyə çalışır. Hazırda Zalizniçne ətrafında hər gün 15-20-yə yaxın toqquşma qeydə alınır”, - Voloşin qeyd edib.