BAKI, 9 mart. TELEQRAF

Xorvatiya ordusu 2007-ci ildən bəri ilk dəfə çağırış əsasında hərbi xidmətə yeni əsgərlər qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə “Vecernji List” məlumat yayıb.

İlk 800 çağırışçı bu gündən hərbi hazırlıq proqramına başlayacaq, proqram iki ay davam edəcək. Xorvatiya Silahlı Qüvvələrinə illik təxminən 4 min yeni çağırışçının cəlb edilməsi planlaşdırılır.

Çağırışa 19–30 yaş arasında olan kişilər tabe olacaq. Qadınlar isə xidməti könüllü olaraq keçə bilərlər. İşləyən çağırışçıların iş yerləri və maaşları qorunacaq.

Xorvatiya parlamenti (Sabor) 2025-ci ildə “Hərbi xidmətin çağırış əsasında bərpası haqqında” qanunu qəbul edib. Xorvatiya Prezidenti Zoran Milanoviç bildirib ki, ölkə potensial mühairbə halında kifayət qədər kadr ehtiyatı toplamaq üçün və müntəzəm hərbi xidmət praktikasını bərpa edir.