BAKI, 6 mart. TELEQRAF
Moldova Prezidenti Maya Sandu üçüncü müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, Moldovanın demokratik ölkə olaraq qalmasının tərəfdarı olduğunu deyib.
“Konstitusiyaya əməl edəcəyəm, üçüncü müddətə prezidentliyə namizəd olmaq niyyətində deyiləm. Üçüncü müddət məsələsini qaldırmağa çalışan hər kəs cəmiyyətimizə və Konstitusiyaya inama zərər verir. Məhdud prezidentlik müddətinin olması çox yaxşıdır, ümid edirəm ki, demokratik olaraq qalacağıq”, - Sandu bildirib.