BAKI, 25 fevral. TELEQRAF
“ABŞ nümayəndə heyəti BMT Baş Assambleyasının Rusiya əleyhinə qətnaməsindən ədalətli sülhün zəruriliyi ilə əlaqəli bəndləri çıxarmaq istəyib”.
Teleqraf xəbər verir ki, bunu BMT Baş Assambleyasının sədri, Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok deyib.
O bildirib ki, ABŞ indiyədək həmişə belə qətnamənin lehinə səs verib və ilk dəfə olaraq bitərəf qalıb. Berbokun sözlərinə görə, ABŞ-nin şüurlu şəkildə qətnamə layihəsindən Rusiyaya qarşı ifadələri çıxarmaq istəməsini anlamaq asan deyil.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə əlaqədar qəbul edilən qətnamənin əleyhinə 12, lehinə 107 ölkə səs verib. Səsvermə zamanı 51 dövlət bitərəf qalıb.