BAKI, 24 fevral. TELEQRAF

“Rusiya Avropanın Ukraynaya nüvə silahı vermək planları barədə ABŞ-ni rəsmi olaraq məlumatlandıracaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

O qeyd edib ki, Rusiya məsələni ABŞ rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.

Uşakov vurğulayıb ki, Vaşinqton artıq bu məlumatdan xəbərdardır, çünki mövzu müxtəlif platformalarda fəal şəkildə müzakirə olunur, amma Moskva ikitərəfli təmaslar zamanı əlavə olaraq bu məsələni qaldıracaq.

Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidməti bundann əvvəl Fransa və Böyük Britaniyanın Ukraynaya nüvə silahı verməyə hazırlaşdığını bəyan edib. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu addımı “təhlükəli və cinayət” adlandırıb.