BAKI, 23 fevral. TELEQRAF

“Avropa İttifaqı (Aİ) Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasındakı problemlərin diplomatik yolla həll edilməsini istəyir”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət qurumunun rəhbəri Kaya Kallas deyib.

Avropa İttifaqının baş diplomatı İran rejiminin ən zəif dönəmində olduğunu qeyd edib.

“Yaxın Şərqdə yeni müharibə istəmirik, çünki region buna tab gətirməyəcək”, - Kallas əlavə edib.