BAKI, 20 fevral. TELEQRAF
“Ukraynanın müharibədə qələbə qazanması üçün daha çox strateji silah lazımdır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının komandanı Oleksandr Pivnenko deyib.
“Bunlar onların etdikləri kimi, komanda məntəqələri, pilotlar, təyyarələr və digər hədəfləri məhv etmək üçün uzaqmənzilli raketlər ola bilər. Təəssüf, bizdə bu qədər, bu həcmdə imkan yoxdur ki, cavab verə bilək”, - Pivnenko bildirib.
O əlavə edib ki, Ukraynada “Deep Strike” adlı uzaqmənzilli zərbə dronları var, tapşırıqları yerinə yetirir, amma Rusiyanın dərinlikdəki hədəflərinin məhv edilməsi də vacibdir:
“Taktiki səviyyədə bizdə kifayət qədər bütün silah növləri var. Çox yaxşı işləyirik. Amma dərinliklərə nüfuz etmək üçün bizə uzaqmənzilli raketlər kimi silahlar lazım olardı, məsələn, çoxlu HIMARS”.