BAKI, 6 fevral. TELEQRAF

“Finlandiya xarici işlər naziri Elina Valtonenin Rusiya tərəfindən “xroniki təhdid”lə bağlı söylədiyi sözlər əslində öz xroniki problemlərinin etirafıdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a deyib.

“Bu, onların xroniki problemlərinin - allergiya, fobiya və panik atakların birlikdə mövcudluğunun etirafıdır. Onlara sağlamlıq arzulayırıq”, - diplomat qeyd edib.