BAKI, 21 yanvar. TELEQRAF

Avstriya Prezidenti Aleksandr van der Bellen ABŞ-ni “keçmiş dost” adlandıraraq, onun Qrenlandiya və Venesuela ilə bağlı hərəkətlərini qınayıb.

Teleqraf xəbər verir ki, bu barədə OE24 məlumat yayıb.

Prezidentin sözlərinə görə, ABŞ-nin Venesuelaya müdaxiləsi beynəlxalq hüququ pozub.

“Həmçinin, keçmişdə dost olan bir dövlət (ABŞ – red.) Danimarkanın tərkibinə daxil olan, NATO və Avropa İttifaqının etibarlı üzvü və yaxın müttəfiqi olan Qrenlandiyanı qəsb etməyə cəhd göstərir” - van der Bellen əlavə edib.