BAKI, 21 yanvar. TELEQRAF
“ABŞ-nin Danimarkanın ərazi bütövlüyünə dəstək verdiyinə görə Böyük Britaniyaya tətbiq etdiyi gömrük rüsumları Londonun Qrenlandiya məsələsində mövqeyini dəyişməyəcək”.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmer bildirib.
“Açıq deyirəm: rüsum təhdidlərinə baxmayaraq nə mən geri çəkiləcəyəm, nə də Britaniya Qrenlandiyanın gələcəyi ilə bağlı öz prinsip və dəyərlərindən imtina edəcək”, - o vurğulayıb.
Starmer qeyd edib ki, Qrenlandiya məsələsini yalnız adanın sakinləri və Danimarka həll etməlidir.
O həmçinin bildirib ki, yanvarın 22-də Danimarka Baş naziri Mette Frederiksen ikitərəfli danışıqlar üçün Londona səfər edəcək.