BAKI, 20 yanvar. TELEQRAF
Rusiya Ukrayna Prezidenti Volodimir Zelenski və komandasının hakimiyyətdə qalmasını istəmir.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
Rusiyanın baş diplomatı Ukraynanın hazırkı hakimiyyətini “nasit rejim” adlandırıb.
“Ukraynada nasist rejimini qorumağı hədəfləyən razılaşma üzrə təkliflər Rusiya Federasiyası üçün qəbuledilməzdir”, - Lavrov qeyd edib.
Nazir əlavə edob ki, Avropanın Ukraynaya təklif etdiyi təhlükəsizlik zəmanətləri Zelenski və komandasını qorumaq üçün nəzərdə tutulub.