BAKI, 20 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Fransa Prezidenti Emmanuel Makrondan aldığı mesajın mətnini yayımlayıb.

Teleqraf xəbər verir ki, Fransa lideri amerikalı həmkarına müraciətlə Suriya məsələsində tamamilə eyni mövqedə olduqlarını yazıb.

“İranla bağlı da böyük işlər görə bilərik”, - Makron deyib.

Fransa Prezidenti ABŞ liderinin Qrenlandiya ilə bağlı siyasətinə dair çaşqınlığını ifadə edib və “böyük işlər görmək” üçün əməkdaşlığa çağırıb.

Yayımlanan mətinə əsasən, Makron Davos forumundan sonra, cümə axşamı günortadan sonra Parisdə görüş keçirməyi təklif edib və həmin görüş çərçivəsində ukraynalılar, danimarkalılar, suriyalılar və rusları da əlavə danışıqlar üçün dəvət etməyi planlaşdırdığını bildirib.

Makron həmçinin Trampı ABŞ-yə qayıtmazdan əvvəl Parisdə şam yeməyinə dəvət edib.