“Rusiyanın Avropaya nüvə zərbəsi endirəcəyi təhlükəsi artıq mücərrəd nəzəriyyə olmaqdan çıxaraq, reallığa çevrilib”.
Teleqraf xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
“Vəziyyət dəyişir. Rusiya öz nüvə doktrinasını açıq şəkildə yenidən redaktə edərək, ora nüvə silahına malik dövlətlərin proksiləri kimi çıxış edən ölkələrə qarşı nüvə silahından istifadə imkanını daxil edib. Formal olaraq bu, rus bürokratiyasına xas dildir, mahiyyət etibarilə bu mənanı verir: Rusiya özünün müəyyən etdiyi qayda və qanunlara əsasən, artıq nüvə silahına malik olmayan Almaniya kimi bir ölkəyə qarşı belə nüvə zərbəsini məqbul hesab edir”, - o bildirib.
Karlson qeyd edib ki, Böyük Britaniya da formal olaraq nüvə silahına sahibdir, məsələ yalnız onun real nəzarətinin kimdə olmasındadır:
“Almaniya isə nüvə silahına malik deyil. Buna baxmayaraq, Rusiya faktiki olaraq bəyan edib ki, belə ölkələr nüvə zərbəsi üçün qanuni hədəfə çevrilirlər. Burada söhbət hücuma cavab və ya müdafiə xarakterli istifadədən yox, qabaqlayıcı nüvə zərbəsi ehtimalından gedir. Moskvanın versiyasına görə, bu cür dövlətlər Rusiyanı “təhrik” edirlər, buna görə də məhv edilə bilərlər”.