BAKI, 7 yanvar. TELEQRAF

Böyük Britaniya qoşunları Ukraynada yerləşdiriləcəyi təqdirdə, çəkindirmə əməliyyatları və hərbi mərkəzlərin qurulmasında iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmer məlumat verib.

“Yerləşdirmə yalnız atəşkəsdən sonra Ukraynanın döyüş imkanlarını dəstəkləmək, çəkindirmə əməliyyatları aparmaq və hərbi mərkəzlər qurmaq məqsədilə həyata keçiriləcək”, - o bildirib.

Starmer əlavə edib ki, qoşunların göndərilməsi halında London onların istifadəsi üçün hüquqi mexanizm hazırlamalı olacaq.