BAKI, 6 yanvar. TELEQRAF
Macarıstan Baş naziri Viktor Orban Ukraynanın Avropa ölkələrindən 10 il ərzində yenidənqurma üçün 800 milyard dollar ayırmasını istəməsinə təəccübləndiyini bildirib.
Teleqraf xəbər verir ki, hökumət başçısı bunu “heyrətamiz məbləğ” adlandıraraq, Budapeştin Kiyevin maliyyələşdirilməsinə töhfə verməyəcəyini açıqlayıb.
“Ukraynalılar yeni qanun layihəsi təqdim ediblər. Bu dəfə 800 milyard dollar. Ölkələrinin fəaliyyətini davam etdirməsi üçün növbəti 10 il ərzində məhz bu qədər vəsaitə ehtiyac duyurlar. Heyrətamiz məbləğ. Bu, Macarıstanın illik ÜDM-nin təxminən dörd mislidir”, - baş nazir qeyd edib.
Vikator Orban iddia edib ki, Avropa İttifaqı rəsmiləri məhz buna görə dekabrda nəyin bahasına olur-olsun, dondurulmuş Rusiya aktivlərinin xərclənməsi və Aİ-nin növbəti büdcəsini kökündən yenidən nəzərdən keçirməyə çalışıblar: “Ukraynanın da iştahı artır”.