BAKI, 5 yanvar. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu məqsədlə onunla görüşüb.

Volodimir Zelenski Vasili Malyukla Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə namizəd məsələsini də müzakirə edib.

Ukrayna dövlət başçısı xidməti vəzifəsini vicdanla yerinə yetirdiyinə görə Malyuka təşəkkürünü bildirib.