BAKI, 31 dekabr. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putin xalqı qırğına vermək də daxil olmaqla, çox şeyə dözə bilər, amma müharibəni uduzmağa hazır deyil”.
Teleqraf xəbər verir ki, bunu Belçika Baş naziri Bart de Vever deyib.
Baş nazir dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi ilə bağlı fikirlərini bölüşüb:
“Əgər biz bu pulları müharibənin maliyyələşdirilməsinə sərf ediriksə, deməli, həm də iki ildən sonra rusların tükənəcəyini güman edirik. Amma o, möhkəm xalqdır. Putin kimi bir çar hər şey edə bilər, məsələn, xalqını acından öldürə, onları qırğına sürükləyə və orada-burada soyqırımı törədə bilər. Amma o, müharibəni uduzmağa hazır deyil”.