BAKI, 26 dekabr. TELEQRAF

“Qərb ölkələri (Rusiya və Belarusa qarşı – red.) müharibəyə hazırlaşırlar”.

Teleqraf xəbər verir ki, bunu Belarus müdafiə naziri Viktor Xrenin deyib.

Müdafiə nazirinin sözlərinə görə, vəziyyət gərgin və radikallaşmaya meylli kimi təsvir edilə bilər:

“Bu, digər şeylərlə yanaşı, hərbi gərginliyi azaltmaq üçün tədbirlər görmək ehtiyacını dərk etməyən Belarusun qonşu dövlətlərinin hərəkətləri ilə sübut olunur.

Qonşu ölkələrin liderlərinin hərəkətləri göstərir ki, müharibəyə hazırlaşırlar, yeri gəlmişkən, bunu gizlətmirlər, hər yerdə deyirlər ki, “Biz müharibəyə hazırlaşırıq”.

İnanırıq ki, bunlar boş sözlər, siyasətçilərin blefi deyil”.