BAKI, 15 dekabr. TELEQRAF

“Ukraynanın sülhə indiyə qədər olduğundan daha yaxındır, amma mümkün razılaşma üçün riskli addımlar atılmamalıdır”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Putinin əsas məqsədi Donbas deyil. Donbası ələ keçirsələr, qala dağılacaq, sonra mütləq bütün Ukraynanı ələ keçirməyə davam edəcəklər. Ukrayna ordusu Donbasdan çıxsa, digər bölgələr də təhlükə altında olacaq. Bunu tarixdən bilirik və onun dərslərini öyrənməliyik... Davamlı sülh üçün təcavüzkarı sakitləşdirmək olmaz”, - o bildirib.