BAKI, 12 dekabr. TELEQRAF

Yaponiya, Türkiyə, Kanada və Cənubi Koreya Avropa Komissiyasını Avropa İttifaqının SAFE hərbi investisiya proqramına qoşulmaq niyyətləri barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə komissiyanın sözçüsü Toma Rene Brüsseldə keçirilən brifinqdə bildirib.

“Türkiyə və Cənubi Koreya SAFE-yə qoşulmaq niyyətləri barədə bizə məlumat veriblər və bu, bu gün təsdiqini göndərən Yaponiyaya da aiddir. Artıq bu məsələ ilə bağlı Kanada ilə ikitərəfli müqavilə bağlamışıq”, - o qeyd edib.