BAKI, 12 dekabr. TELEQRAF

“Müharibənin kölgəsi Avropanın qapısını döyməyə başlayıb, ona görə də region hazır olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Alister Karns deyib.

Müdafiə nazirinin müavini vurğulayıb ki, NATO ölkələri (ümumilikdə 32 üzv) Rusiyaya cavab verməyə hazır olmalıdır.

“Avropa artıq seçim müharibələri ilə deyil, ağır itkilərlə nəticələnəcək zərurət müharibələri ilə üzləşir”, - Karns qeyd edib.