BAKI, 11 dekabr. TELEQRAF

Bolqarıstan Baş naziri Rosen Jelyazkov geniş etirazlar fonunda və parlamentdə kabinetə etimad səsverməsi ərəfəsində istefa verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, hökumət başçısı vətəndaşların istefa tələbini qəbul etdiklərini bildirib.

“Koalisiyamız son hadisələri müzakirə etdi. Şübhəsiz ki, hökumətimiz parlamentdə dəstək alacaqdı, etimadsızlıq səsverməsi də uğursuzluqla nəticələnəcəkdi. Amma bizim istəyimiz ictimai tələblərə cavab verməkdir. Hakimiyyət xalqdan asılıdır və biz etirazçıların səsini eşidirik və onların tələblərini yerinə yetirməliyik. Hökumətin istefası barədə həm gənclər, həm də yaşlılar danışırdı, bu vətəndaş enerjisi dəstəklənməlidir. Bəyan edirəm ki, etimadsızlıq səsverməsindən əvvəl hökumət istefa verir”, - Jelyazkov vurğulayıb.