BAKI, 5 dekabr. TELEQRAF
Ukrayna Prezident Administrasiyasının yeni rəhbəri dekabrın 5-də təyin olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.
“Bu gün Volodimir Zelenskinin yeni aparat rəhbəri elan olunacaq”, - Jeleznyak bildirib.
Xatırladaq ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak dövlət orqanlarında korrupsiya sxeminin aşkarlanması fonunda noyabrın 28-də istefa verib. İstefa qərarından əvvəl antikorrupsiya orqanları onun ev və ofisində axtarışlar aparıb.