BAKI, 13 noyabr. TELEQRAF

Rus icmasının nümayəndələri paytaxt Kişinyovdakı “Rus Evi”nin ləğvi məsələsinin müzakirə edildiyi Moldova parlamentinin iclasına buraxılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Noyabrın 5-də Moldova hökuməti Kişinyovda “Rus Evi”nin fəaliyyəti ilə bağlı sazişi denonsasiya edən qanun layihəsini təsdiqləmişdi.

Qeyd edək ki, Rusiya və Moldova arasında münasibətlər 2021-ci ildə Kişinyovda hakimiyyət dəyişikliyindən sonra pisləşməyə başlayıb. 2023-cü ildə onlarla rusiyalı diplomat ölkədən qovulub, “Rus Evi”ndə yalnız bir ezam olunmuş işçi qalıb.