BAKI, 12 noyabr. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin həbsdə olan sədri ƏIkrem İmamoğlu korrupsiya işi çərçivəsində ona qarşı irəli sürülən ittihamları “rüsvayçılıq” adlandırıb.
Teleqraf xəbər verir ki, o, məhkəmə prosesinin Türkiyə telekanallarında canlı yayımlanmasını tələb edib.
“Bu ittiham aktı cümhuriyyətimizi quran Cümhuriyyət Xalq Partiyasına (CHP) qarşı yönəldilib. Bu rüsvayçılıqdır. Parlamentdən tələb edirəm ki, məhkəmə prosesini TRT və digər kanallardan canlı yayımlasın”, - İmamoğlu qeyd edib.
İstanbul Baş Prokurorluğu bundan öncə İmamoğlu ilə bağlı korrupsiya işi üzrə istintaqı başa çatdırıb və ona 2 352 ilə qədər həbs cəzası tələb edib. İttiham aktı üzrə 402 şübhəli olan iş noyabrın 11-də məhkəməyə təqdim edilib. Bələdiyyə sədri ilə bağlı məhkəmə prosesinin nə vaxt başlayacağı hələ məlum deyil.
Xatırladaq ki, Əkrəm İmamoğlu martda korrupsiya ittihamı ilə həbs olunub.