BAKI, 27 oktyabr. TELEQRAF

“Avropa İttifaqı getdikcə hərbi ittifaqa çevrilir, bu da Avstriyanın neytral statusunu təhdid edir”.

Teleqraf xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiya KİV-ə deyib.

“Fikrimcə, Avstriya üçün dilemma NATO-ya daxil olmaqda deyil, Avropa İttifaqının davamlı hərbi ittifaqa çevrilməsindədir”, - o bildirib.