BAKI, 18 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələrindən narazı qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts məlumat verib.
“Səfər Zelenskinin istədiyi kimi olmadı”, - o bildirib.
Fridrix Merts Ağ Evə səfərindən sonra Volodimir Zelenski ilə telefonla danışıb. Söhbət zamanı onlar görüşün nəticələrini müzakirə ediblər və Avropa İttifaqının (Aİ) Ukraynaya yardımını artırmasının vacibliyini vurğulayıblar.
Mertsin sözlərinə görə, Almaniya Ukraynanı maliyyə, siyasi və hərbi cəhətdən dəstəkləməyə davam edəcək.
Xatırladaq ki, ABŞ və Ukrayna prezidentləri arasında görüş oktyabrın 17-də Ağ Evdə keçirilib.