BAKI, 16 oktyabr. TELEQRAF
“Çətin ki, Ukrayna yaxın illərdə tam dinc həyata qayıda bilsin”.
Teleqraf xəbər verir ki, bu fikri Kiyev Beynəlxalq İqtisadi Forumu zamanı Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov bildirib.
“Cəmiyyətimiz dərk etməlidir ki, qarşıdakı illərdə tamamilə dinc, təhlükəsiz həyatın baş verməsi ehtimalı azdır. Mən sakit mübarizə aparacağımızı nəzərdə tutmuram. Amma hər an, o cümlədən silahlı müqavimətə hazır olmalıyıq, bu, cəmiyyətimiz üçün bir çağırış olacaq. Bununla yaşamalı olacağıq”, - Budanov qeyd edib.