BAKI, 30 sentyabr. TELEQRAF
“Ukraynadakı müharibədə Rusiya qalib gələcək”.
Teleqraf “Index”ə istinadla xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampla söhbətində deyib.
“Qərb sadəcə bölünmüş ölkənin onlara aid olan hissəsindən kənarda qalmaq istəmir, buna görə də müharibə davam edir”, - baş nazir qeyd edib.
“Index”ə görə, Orban Rusiyanın artıq qalib gəldiyinə inanır.