BAKI, 27 sentyabr. TELEQRAF
Almaniyada sülh dövrü başa çatıb.
Teleqraf xəbər verir ki, bu bəyanatla Almaniyanın Kansleri Fridrix Merts Berlində dayanıqlı iqtisadi inkişaf və rəqəmsal suverenlik məsələlərinə həsr olunmuş “Schwarz Ecosystem Summit” konfransında çıxışı zamanı bildirib.
“Biz müharibə şəraitində deyilik, lakin biz artıq sülh şəraitində də yaşamırıq”, - Merts qeyd edib.
O, hər gün diversiya və kiberhücumların qeydə alındığını bildirib, lakin təfərrüatı açıqlamayıb.