BAKI, 26 sentyabr. TELEQRAF

“Rusiya neft-qazından imtina edərsə, Macarıstan iqtisadiyyatı diz çökəcək”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“ABŞ Prezidentinə söylədim ki, Macarıstan Rusiya neft-qazından imtina edərsə, ölkənin iqtisadi göstəriciləri bir dəqiqə ərzində 4 faiz aşağı düşəcək. Bu, Macarıstan iqtisadiyyatının diz çökməsi deməkdir”, - baş nazir qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Avropa ölkələrini Rusiyadan neft-qaz alışını dayandırmağa çağırıb.