BAKI, 26 sentyabr. TELEQRAF

Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına təcili olaraq Belarusu tərk etməyi və bu ölkəyə səfər etməkdən çəkinməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Minskdəki səfirliyi məlumat yayıb.

“XİN Belarusa hər hansı səfərlərdən çəkinməyi tövsiyə edir, Belarusda olan Polşa vətəndaşlarını mövcud kommersiya və şəxsi nəqliyyat vasitələrindən istifadə edərək dərhal ölkə ərazisini tərk etməyə çağırır", - səfirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Bu tövsiyələrin iki ölkə arasındakı sərhəddə vəziyyətin gərginləşməsi və Polşa vətəndaşlarının həbsləri ilə əlaqədar olduğu bildirilir.