BAKI, 6 sentyabr. TELEQRAF
Ukrayna hüquq-mühafizə orqanları ölkədə fəaliyyəti qadağan olunmuş “Müxalifət Platforması - Həyat Naminə” Partiyasından olan deputatı saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.
Qurum deputatın “vətənə xəyanət” ittihamı ilə saxlanıldığını bildirib.
İstintaq məlumatına görə, şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən müharibənin başlamasından xeyli əvvəl işə götürülüb və Rusiya xüsusi xidmət orqanları üçün tapşırıqları aktiv şəkildə yerinə yetirib.
Deputata qarşı Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

SBU Baş Prokurorluqla birlikdə şübhəli şəxsi Ukrayna ərazisində saxlayıb. Məhkəmə artıq onun barəsində həbs-qətimkan tədbiri seçib.
Faktla bağlı ibtidai istintaq davam edir.