BAKI, 3 sentyabr. TELEQRAF
“Hazırda Almaniyanın Ukraynaya sülhməramlı qoşun göndərmək üçün konkret planları yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
O vurğulayıb ki, Ukraynanın müttəfiqləri arasında potensial atəşkəs və sülh sazişindən sonrakı dövr üçün mümkün təhlükəsizlik təminatları ilə bağlı müzakirələr davam edir:
“Almaniyanın müəyyən şübhələri var və son qərarı parlament verməlidir. Bir çox suallara ancaq atəşkəs əldə etdikdə cavab vermək olar . O vaxta qədər, əlbəttə, Ukraynaya qoşun göndərilməyəcək”.
Almaniya kansleri onu da qeyd edib ki, Rusiya ilə razılaşmanın necə olacağına daha sonra baxmalı olacaqlar: “Axı Rusiyaya qarşı (Ukraynaya) qoşun yeritmək heç bir nəticə verməyəcək. Belə qərarlar yalnız Kremllə razılaşdırılmaqla qəbul edilə bilər”.
Merts hesab edir ki, hələ uzun müddətdə aradan qaldırılmalı çoxlu maneələr var.