BAKI, 28 avqust. TELEQRAF

Qrenlandiya Baş naziri Yens Frederik Nilsen ABŞ-nin adadakı təsir kampaniyalarını pisləyib.

Teleqraf xəbər verir ki, o, Vaşinqtonu ada sakinlərinə hörmətlə yanaşmağa çağırıb.

“Bu, qəbuledilməzdir, amma bizim üçün yeni bir şey deyil . Əgər siz qrenlandiyalılara asanlıqla təsir edə biləcəyinizi düşünürsünüzsə, bu, işləməyəcək”, - Nilsen qeyd edib.

Baş nazir vurğulayıb ki, Birləşmiş Ştatlar Qrenlandiyaya digər müttəfiqləri kimi hörmətlə yanaşmalıdır. Əks halda, onun fikrincə, konstruktiv əməkdaşlıq gözləmək çətindir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl dəfələrlə Qrenlandiyanın ölkəsinə birləşdiriləcəyini bəyan etmişdi.