BAKI, 6 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Dnepropetrovsk vilayətinin Novoselovka kəndindəki mövqelərindən geri çəkilir.
Teleqraf xəbər verir ki, bu barədə TASS Rusiyanın hərbi mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna qoşunları Novosilkadan Dnepropetrovsk vilayətinin dərinliklərinə doğru geri çəkilir.
Bildirilir ki, Novoselivka cəbhənin bu hissəsində Dnepropetrovsk vilayətində ilk iri logistika mərkəzidir.
Qeyd edək ki, bundan əvvəl yerli KİV Rusiya Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətinin Yanvarskoye kəndinə nəzarəti ələ keçirdikləri barədə məlumat yaymışdı.
Dnepropetrovsk 2022-ci il fevralın 24-də müharibənin başlamasından bəri ilk dəfədir hücuma və müdaxiləyə məruz qalır.