BAKI, 28 iyun. TELEQRAF
“Ukraynanın NATO-ya daxil olması ertəsi gün Üçüncü Dünya müharibəsinə səbəb olacaq”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Ukrayna NATO-da? Bu, Rusiya ilə savaşa və ertəsi gün Üçüncü Dünya müharibəsi demək olacaq”, - baş nazir X-də yazıb.
Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyü məsələsinə toxunan Orban belə bir inkişafın cəbhə xəttini Avropanın ürəyinə qədər gətirəcəyini iddia edib:
“Bu, diplomatiya deyil, dəlilikdir. Barıt çəlləyinə kibrit atmaq olmaz. Biz onların Avropanı döyüş meydanına çevirməsinə imkan verməyəcəyik”.