BAKI, 27 iyun. TELEQRAF
“Ukrayna Avropa İttifaqı (Aİ) və NATO-ya qəbul edilə bilməz, çünki bu, bizi Rusiya ilə müharibəyə sürükləyəcək”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Ukraynanın Avropa İttifaqına üzv olmasına icazə verə bilmərik, çünki bu zaman biz Aİ ərazisində baş verəcək müharibəyə girəcəyik. Həmçinin Ukraynanı NATO-ya qəbul etmək olmaz, çünki bu halda Rusiya ilə müharibə aparan bir ölkəni öz sıralarımıza qəbul etməli olacağıq ki, bu da, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq”, - Orban vurğulayıb.