BAKI, 24 iyun. TELEQRAF

Ukraynanın Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyünə icazə verilməməlidir, çünki bu, Qərb ölkələri ilə Rusiya arasında müharibəyə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Əgər Aİ Ukraynanı üzv qəbul etsə, bu, dərhal ittifaq üçün açıq müharibə demək olacaq. Atəşkəs əldə edildikdən sonra isə Avropa ilə Rusiya arasında yeni müharibənin baş verməsi üçün daimi risk yaranacaq”, – o vurğulayıb.

Macarıstanın hökumət başçısı əlavə edib ki, Ukraynanın NATO-ya qəbul olunması isə dərhal Rusiya ilə birbaşa müharibə və üçüncü dünya müharibəsinin başlanması təhlükəsi deməkdir.

“Bu səbəbdən Ukrayna nə NATO-ya, nə də Avropa İttifaqına qəbul edilməlidir. Macarıstanın əsas təhlükəsizlik maraqları Ukrayna ilə eyni inteqrasiya məkanında olmamağı tələb edir”, – V. Orban bildirib.