BAKI, 24 iyun. TELEQRAF

“NATO eyni vaxtda Ukrayna və Yaxın Şərqdəki müharibələrə cavab vermək iqtidarındadır”.

Teleqraf xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

“Əgər biz Yaxın Şərq və Ukrayna ilə eyni vaxtda məşğul ola bilmiriksə, o zaman biz ümumiyyətlə siyasətə və ya hərbi işlərə qarışmamalıyıq”, - alyans rəhbəri bildirib.

Rutte vurğulayıb ki, eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərmək imkanı müdafiə alyansları üçün standartdır. Onun fikrincə, istər siyasi, istərsə də hərbi rəsmilərin hamısı eyni anda iki məsələni həll etməyi bacarmalıdır.