BAKI, 23 iyun. TELEQRAF

Rusiya Ukrayna ərazisinə ballistik raketlərlə zərbə endirib.

Teleqraf xəbər verir ki, 23 iyun saat 02:30 radələrində Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı Bila Tserkva istiqamətində yüksək sürətli hədəf qeydə alıb.

Səkkiz dəqiqə sonra hərbçilər Çerniqov bölgəsindən Kiyev vilayəti istiqamətində uçan daha bir yüksək sürətli hədəf müşahidə ediblər.

“Telegram” kanalların məlumatına görə, raketlər Bryansk və Kursk vilayətlərindən buraxılıb. Hücumların hədəfləri Bila Tserkva və Brovarı/Kiyev olub.