BAKI, 19 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi Şurası və Avrasiya İqtisadi Forumunun tədbirlərində şəxsən iştirak etmək üçün Minskə gəlməyəcək, onlayn iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Maksim Rıjenkov respublika prezidenti Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

Forum çərçivəsində Belarus dövlətinin başçısı və xarici nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə plenar iclas keçiriləcək.

Ermənistan baş naziri istisna olmaqla, AİB üzvü olan ölkələrin (Rusiya, Qazaxıstan və Qırğızıstan) bütün liderləri tədbirdə şəxsi iştiraklarını təsdiqləyiblər. Paşinyan videobağlantı vasitəsilə forumda iştirak edəcək.

Avrasiya İqtisadi Birliyinin tədbirləri 26-27 iyun tarixlərində Minskdə keçiriləcək.