BAKI, 5 iyun. TELEQRAF

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə keçirilən iclasda alyansın hərbi potensialının Soyuq müharibədən bəri ən ciddi şəkildə genişləndirilməsi planlarını təsdiqləyiblər.

Teleqraf xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte məlumat verib.

“Hərbi potensialın artırılması üçün iddialı planlar qəbul etmişik. Bura hava hücumundan müdafiə sistemləri, tanklar, uzaqmənzilli sistemlər, pilotsuz təyyarələr və quru qoşunları daxildir. Əlbəttə, bunun üçün NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır”, - Rutte bildirib.

Alyan rəhbəri təsdiq edib ki, NATO-nun 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammiti üçün alyans ölkələri üçün hərbi xərclər həddinin hazırkı ÜDM-in 2 faizindən 5 faizinə qaldırılması ilə bağlı təklif verib.